Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənddə insan hüquqlarının müdafiəsi və narkomaniya ilə mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib

01 iyun 2026 | 16:37

Xocavənddə insan hüquqlarının müdafiəsi və narkomaniya ilə mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib.

01 iyun 2026-cı il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocavənd Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin iclas zalında “İnsan hüquqlarının müdafiəsində hüquqi biliklərin rolu və narkomaniya ilə mübarizədə ictimai məsuliyyət” mövzusunda maarifləndirmə tədbiri keçirilib.Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, eləcə də Xocavənd Mərkəzi Rayon Xəstəxanasının həkim və tibb personalı iştirak ediblər. Çıxışlar zamanı insan hüquq və azadlıqlarının təmin olunmasının, müdafiəsinin və inkişaf etdirilməsinin Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən hər il 18 iyun tarixinin İnsan Hüquqları Günü kimi qeyd olunduğu və Ombudsman tərəfindən ənənəvi olaraq 18 may–18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı” elan edildiyi diqqətə çatdırılıb.Tədbirdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qəbul olunmuş dövlət proqramları, qanunvericilik aktları, beynəlxalq hüquqi sənədlər və Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda narkomaniyanın cəmiyyət üçün yaratdığı sosial, hüquqi və sağlamlıq risklərindən bəhs olunub, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinin ağır nəticələri iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, narkomaniya ilə mübarizədə hüquqi maarifləndirmənin gücləndirilməsi, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təşviqi, profilaktik tədbirlərin həyata keçirilməsi və ailə, məktəb, ictimaiyyət əməkdaşlığının artırılması mühüm əhəmiyyət kəsb edir. Çıxış edənlər insan hüquqlarının qorunması ilə sağlam və təhlükəsiz cəmiyyətin formalaşdırılması arasında sıx əlaqənin olduğunu vurğulayaraq, narkomaniya, məişət zorakılığı, erkən nikahlar və ayrı-seçkilik kimi sosial problemlərlə mübarizədə maarifləndirmə tədbirlərinin rolundan danışıblar. Tədbirin sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, hüquqi maarifləndirmə və narkomaniya ilə mübarizə istiqamətində keçirilən tədbirlərin əhalinin hüquq mədəniyyətinin yüksəldilməsi və sağlam cəmiyyətin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

 

 

Keçidlər