Xocavənddə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14 illiyi qeyd olunub
13 fevral 2026 | 17:26
Xocavənddə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14 illiyi qeyd olunub.
13 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü münasibətilə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Xidmətin Xocavənd rayon bölməsinin rəisi Əkbər Bədəlov , YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov və bölmənin kollektivi Ulu Öndər Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüş, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov bildirmişdir ki, Dövlət Xidməti ötən 14 il ərzində səfərbərlik və hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi, vətəndaşların hərbi uçotunun düzgün təşkili və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görmüşdür. Qeyd olunmuşdur ki, xidmət əməkdaşları üzərlərinə düşən vəzifələri məsuliyyət və peşəkarlıqla yerinə yetirirlər.
Sonda kollektiv peşə bayramı və yaradılmanın ildönümü münasibətilə təbrik olunmuş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.






