Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənddə “Suverenliyimiz xalqımızın milli sərvətidir” mövzusunda dəyirmi masa keçirilib

19 sentyabr 2025 | 17:01
Xocavənddə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyimiz xalqımızın milli sərvətidir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd Rayonu üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə 19 sentyabr 2025-ci il tarixdə Xocavənd 320 ailəlik qəsəbədə fəaliyyət göstərən Tuğ kənd 1 saylı tam orta məktəbdə keçirilib.
“Dövlət Suverenliyi Günü”nün qeyd edilməsi, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm və tarixi əhəmiyyəti barədə gənclərin məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə keçirilən dəyirmi masada 33 nəfər iştirak edib.
Tədbirdə tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvənin xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməməsindən, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti kimi qorunmasının vacibliyindən bəhs edən çıxışlar səslənib və mövzu ilə bağlı gənclərin də fikirləri dinlənilib.
Keçidlər