Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənddə təmiz və yaşıl mühit naminə abadlıq və ekoloji tədbirlər həyata keçirilib

27 oktyabr 2025 | 08:58
Xocavənddə təmiz və yaşıl mühit naminə abadlıq və ekoloji tədbirlər həyata keçirilib.
Birləşmiş Millətlər Təşkilatının Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 iyun tarixli 621 nömrəli Sərəncamına əsasən hazırlanmış Tədbirlər Planına uyğun olaraq Xocavənd qəsəbəsində təmizlik və abadlaşdırma işləri həyata keçirilib. Tədbirlər çərçivəsində küçələr və ətraf ərazilər tullantılardan təmizlənib. Bununla yanaşı, səliqəsiz yerlər abadlaşdırılıb. Görülən bu işlər ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və Xocavəndin daha təmiz, yaşıl və gözəl şəhərə çevrilməsi istiqamətində atılan mühüm addımlardandır.
Keçidlər