Xocavəndli fermerlərin iştirakı ilə tədbir keçirilmişdir
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27.06.2019-cu il tarixli 759 nömrəli Fərmanının müvafiq bəndinin icrası ilə bağlı Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasında Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbər şəxsləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri və fermerlərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən fermerlərin subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” informasiya sisteminə daxil edilməsi, bu sahədə maarifləndirmənin həyata keçirilməsində iştirak ilə bağlı məsələlər müzakirə olunmuş və sahə üzrə məsul olan şəxslərə maarifləndirmə tədbirlərinin davamlı həyata keçirilməsi tapşırılmışdır.






