Xocavəndli hərbçi "Vətən uğrunda" medalı ilə təltif edilib
07 noyabr 2025 | 10:43
Xocavəndli hərbçi "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 noyabr 2025-cil tarixdə imzaladığı sərəncamla Xocavənd rayon Muğanlı kənd sakini Quliyev Vüsal Aslan oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.
Quliyev Vüsal Aslan oğlu 1982-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. 1997-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub, 2000-ci ildə həmən məktəbi bitirərək Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. 2004-cü ildə leytenat rütbəsilə bitirib Təlim Tədris Mərkəzində tağım komandiri kimi təhsilini davam etdirib. 2005-ci ildə təhsilini müvəffəqiyyətlə bitirib taqım komandiri kimi ordu sıralarında xidmətə başlayıb. Hal-hazırda Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümum Qoşun Ordusunda N saylı hərbi hissənin komandiri vəzifəsində xidmətimi davam etdirir. Xidmət dövründə Silahlı Qüvvələrin 90,95,100 illik medalları, Qüsursuz xidmətə görə 3,2,1 medalları, Hərbi Xidmətdə Fərqlənməyə görə 3 dərəcəli medalı ilə təltif edilib, 2024-cü ilin 8 noyabrında vaxtından qabaq polkovnik hərbi rütbəsi verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 noyabr 2025-cil tarixdə imzaladığı sərəncamla Quliyev Vüsal Aslan oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.
Hərbçimizi təbrik edirik!






