Xocavəndli məcburi köçkünlərlə görüş keçirilmişdir.
13 noyabr 2023-cü il tarixdə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış 500 ailəlik Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə söhbət aparılmışdır.Tədbirdə çıxış edən Rayon İcra Hakimkiyyətinin başçısı Eyvaz Hüseynov I Dövlət Proqramında təsbit olunmuş tədbirlərin icrası və Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib. Başçı ərazilərimizin 30 ilə yaxın müddətdə işğal altında saxlandığı dövrdə orada törədilən dağıntılar və vandalizm aktları haqqında danışıb. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, irimiqyaslı layihələr sayəsində artıq böyük qayıdışın başlandığını və tezliklə xocavəndlilərin də öz doğma el-obalarına köçəcəklərinə əminliyini ifadə edə edib.