Xocvənd Rayon İcra Hakimiyyəti tərəfindən ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq tədbirlərin görülməsi Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.
05 sentyabr 2024 | 15:32
Xocvənd Rayon İcra Hakimiyyəti tərəfindən ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq tədbirlərin görülməsi Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.
05.09.2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti tərəfindən ahıl şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə tədbir keçirilmişdir. Tədbirdə ahılların cəmiyyətin bərabərhüquqlu vətəndaşları olmalarından, onlara ehtiram göstərməyin yüksək insani keyfiyyət olmasından bəhs edilib. Bununla yanaşı, yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək barədə, o cümlədən onların nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından zəruri xidmətlərindən söz açılıb.