Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi Xocavənd rayonuna səfər etmişdir.

28 fevral 2023 | 12:43
   Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi Xocavənd rayonuna səfər etmişdir.
   28 fevral 2023-cü i tarixdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi Xocavənd rayonuna səfər etmişdir. Səfər çərçivəsində Vada Cüniçi Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Xocavənd rayonunun tarixi, coğrafi mövqeyi haqqında qonağa ətraflı məlumat vermiş, 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən söhbət açmışdır.
   Başçı həmçinin Yaponiya-Azərabycan əlaqələrindən danışmış, diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etdiyimiz, dünyanın böyük siyasi və iqtisadi gücə malik dövlətlərindən biri sayılan Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu bildirmişdir. 1991-ci il dekabrın 28-də Gündoğar ölkə Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıması haqqında bəyanatla çıxış edib. 1998 –ci ilin fevralın 24-dən 28-dək Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından önəmli olduğunu, səfərin yekunu olaraq iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafının əsaslarını təşkil edən səkkiz mühüm sənəd imzalandığını bildirmişdir. Ulu öndərin siyasətini davam etdirən İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə Yaponiya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlandığını bildirən başçı hazırda həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə Yaponiya-Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə davam etdiyini bildirmişdir. Başçı həmçinin Yaponiya hökumətinin rayonda həyata keçirdiyi tədbirlərdən söz açmış, 2007-ci ildə Səfirliyin həyata keçirdiyi "Ot kökləri və insan təhlükəsizliyi" Qrant layihəsi çərçivəsində Xocavənd 4 saylı tam orta məktəbi üçün binanın tikintisini xatırlatmışdır.
   Səfir Vada Çüniçi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, məqsədinin rayonla daha yaxından tanış olmaq olduğunu diqqətə çatdırmışdır. Səfir “Ot Kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardımı Proqramı haqqqında danışaraq Proqramın məqsədinin inkişaf etməkdə olan ölkələrdə iqtisadi cəmiyyətin inkişafına töhfə vermək olduğunu bildirmişdir. “Ot Kökləri” üzrə Qrant Yardımı Proqramı il ərzində münasib qeyri-hökumət təşkilatları (QHT), eləcə də yerli hakimiyyət orqanları tərəfindən hazırlanan konkret və kiçik miqyaslı layihələrə qrant təqdim etməklə, icma səviyyəsində birbaşa olaraq töhfə verir. Layihələrin tez icra olunması bu yardımın əsas xüsusiyyətlərindən biri hesab olunur.
Görüş zamanı qonağa milli mənəvi-dəyərlərimizi simvolizə edən hədiyyələr təqdim olunmuşdur.
   Daha sonra Yaponiaynın "Ot kökləri və İnsan Təhlükəsizliyi" üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilmiş "Xocavənd 4 saylı tam orta məktəbinə yeni sinif otaqlarının və istilik sisteminin qurulması" layihəsi çərçivəsində görülən işlərə baxış keçirilimişdir. Səfir Vada Cüniçi məktəbin şagirdləri ilə səmimi söhbət etmiş və sonda xatirə şəkli çəkdirilmişdir.
Keçidlər