Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəy olaq”  adlı  dəyirmi masa  keçirilib.

14 may 2024 | 16:29

14 may 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Xocavənd Rayon İcra Hakimiyyəti, YAP Xocavənd rayon təşkilatının birgə təşkilatçılığı ilə  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə həmrəy olaq”  adlı  dəyirmi masa  keçirilib. Şagirdlərin iştirakı ilə keçirilən tədbirdə  çıxış edənlər 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması,  təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini bildiriblər. Daha sonra şagirdlər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr olunmuş videoroliklə tanış olublar.

Keçidlər