"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində dəyirmi masa keçirilib
25 iyul 2024 | 16:06
Xocavənd Rayon İcra Hakimiyyətinda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində dəyirmi masa keçirilib
25 iyul 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Yaşıllığı qoruyaq" adlı dəyirmi masa keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Azərbaycanın qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə təşəbbüslərə dəstək verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi cəmiyyətin qarşısında da mühüm vəzifələr qoyduğunu vurğulayaraq, ətraf mühitin qorunması və mühafizəsi sahəsində görülən işlərdə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir. Həmçinin qeyd edib ki, ölkə başçısının tapşırığına uyğun olaraq ölkə üzrə, o cümlədən Xocavənd rayonunda qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlər daha da gücləndirilir.
İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı rayonda keçirilən tədbirlər, iməcilik və ağacəkmə aksiyaları ilə bağlı çıxış edib.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin könüllüsü Samirə İbrahimli "Yaşıllığı qoruyaq"başlıqlı təqdimatla çıxış edib.
Dəyirmi masa qarşılıqlı müzakirə şəklində davam edib.