Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər arasında ekoloji tərbiyənin formalaşdırılması məqsədilə tullantı kağızların yenidən bərpa olunması mövzusunda maarifləndirici tədbir keçirilib.

26 sentyabr 2024 | 16:54

26 sentyabr 2024-cü il tarixdə Qaradağlı kənd tam orta məktəbində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər arasında ekoloji tərbiyənin formalaşdırılması məqsədilə tullantı kağızların yenidən bərpa olunması mövzusunda maarifləndirici tədbir keçirilib. Maarifləndirmə tədbirində Rayon Icra Hakimiyyətinin əməkdaşı Asim Rüstəm tərəfindən uşaqlara kağız məmulatlarından qənaətli istifadə, ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası, eləcə də ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbiri haqqında ətraflı məlumat verilib.

Keçidlər