Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ekoloji mühit - sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib.

26 yanvar 2024 | 16:42

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ekoloji mühit - sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib.

    25 yanvar 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı  “Təmiz ekoloji mühit - sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.  Tədbirdə başçının müavinləri Azər Süleymanov, Əfsanə Quliyeva, idarə,təşkilat və müəssisələrin əməkdaşları , gənclər iştiirak etmişdir. Tədbirdə dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açılmış,  bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır. Azərbaycan işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölçüyəgəlməz işlər - "ağıllı şəhər", "ağıllı kənd", alternativ enerji layihələri həyata keçirili. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək”.

   Tədbir mövzu ilə bağlı müzakirələrlə davam etmişdir.

Keçidlər