Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Xocavənd qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.

24 oktyabr 2024 | 15:27
  "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Xocavənd qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Respublikamızın hər yerində olduğu kimi, Xocavənd rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.
  24 oktyabr 2024-cü il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 146 ailəlik qəsəbəyə gedən yolun kənarında ağacəkmə aksiyası keçirilib.
Aksiyada Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, idarə, müəssisə, təşkilat, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
  “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 800 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər