“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı dəyirmi masa keçirilib
23 aprel 2024 | 17:13
“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı dəyirmi masa keçirilib
Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində rayonda görülən işlər və qarşıya qoyulan mühüm vəzifələr müzakirə edilib. Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən iclasda Eyvaz Hüseynov aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlər daha da gücləndirilməlidir.