"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar "Təbiəti də sağaldaq" devizi altında ağacəkmə aksiyası baş tutub.
05 noyabr 2024 | 09:53
"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar "Təbiəti də sağaldaq" devizi altında ağacəkmə aksiyası baş tutub.
05.11.2024-cü il tarixində Xocavənd Rayon Mərkəzi Xəstəxanasında "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar "Təbiəti də sağaldaq" devizi altında ağacəkmə aksiyası baş tutub. Aksiyada müəssisənin rəhbəri, tibb işçiləri və qeyri-tibb işçilərinin iştirakı ilə xəstəxananın ərazisində 50 ədədə yaxın həmişəyaşıl ağaclar əkilib, yeni əkilmiş ağaclara qulluq göstərilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenri İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024- cü il “ Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.