Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Tuğ qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

08 sentyabr 2022 | 17:33
08 sentyabr 2022-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Yeni Tuğ qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ilin sentyabrında başlanmış 44 günlük Vətən mübaribəsində ordumuzun şanlı qələbəsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması, cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə geniş məlumat verdi. Eyni zamanda 26 avqust 2022-ci il tarixdə Erməni silahlı birləşmələrinin Laçın rayonu eləcə də Sus və Zabux kəndləri ərazisinndən çıxarılmasından söz açan E.Hüseynov bu hadisənin tarixi əhəmiyyət kəsb etdiyini bildirmiş və bu münasibətlə bütün xalqımızı və xocavəndliləri təbrik etmişdir. Başçı həmçinin avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirdiyi görüşlər zamanı önəmli qərarların qəbul olunduğunu bildirərək yaxın gələcəkdə Ermənistanla münasibətlərin normalaşacağına əminliyini ifadə etdi. Natiq Prezident İlham Əliyevin 7 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən aidiyyəti üzə vəsaitin ayrıldığını bildirərək yaxın gələcəkdə bütün işğaldan azad olunmuş ərazilən ən yeni standartlara və müasir üsluba uyğun tikilərək sakinlərin istifadəsinə veriləcəyini qeyd etdi.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər