Yerli komissiyaların potensialının artırılması istiqamətində təkliflərin müzakirəsi keçirilib.
13 aprel 2022-ci il tarixində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 26 noyabr 2021-ci il tarixli, 26 nömrəli Protokoluna əsasən təsdiq edilmiş Tədbirlər Planının 1-ci bəndinə müvafiq olaraq Yerli komissiyaların potensialının artırılması istiqamətində təkliflərin müzakirəsi ilə bağlı geniş tərkibdə onlayn iclas təşkil olunub. İclasda Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini- Əfsanə Quliyeva da iştirak etmiş , komissiyaların fəaliyyətinin təkmilləşdirlməsi ilə bağlı azyaşlılarla bağlı baş vermiş hər hansı xoşagəlməz hadisənin vaxtında qarşısının alınması və onların normal həyata qaytarılması üçün komissiya üzvü olan dövlət qurumları ilə yanaşı, QHT-lərin bu vacib işə cəlb edilməsinin vacibliyi ilə bağlı təklif irəli sürmüşür.