Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Gününə həsr olunmuş mini futbol yarışı keçirilmişdir.

05 noyabr 2023 | 17:47
  Zəfər Gününə həsr olunmuş mini futbol yarışı keçirilmişdir.
  5 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilər arasında mini futbol yarışı keçirilib. Zəfər Gününə həsr olunan yarışda rayonun UGİŞ məktəbinin şagirdləri mübarizə aparıb.
  Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
  Tədbirdə iştirak edən Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov gənc idmançıları salamlayıb, onlara Azərbaycanın zəfər tarixindən, əldə etdiyi nailiyyətlər və ölkəmizdə futbolun inkişafı barədə məlumat verib. Qalib gələn idmançılara müvafiq diplom və kubok təqdim olunmuşdur.
Keçidlər