Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər tariximizin yaşayan irsi: Şəhid övladının qürur dolu yolu

26 avqust 2026 | 10:02
Zəfər tariximizin yaşayan irsi: Şəhid övladının qürur dolu yolu.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək ölməzlik zirvəsinə ucalan qəhrəman şəhidimiz Xəyal Namazovun ocağında böyük bir fəxarət hiss olunur. Şəhidimizin əmanəti — Adəm Namazov atasının müqəddəs yolunu davam etdirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub.
Bu qəbul sadəcə bir uğur deyil; bu, Vətənə olan sədaqətin, nəsil-nəsil ötürülən qəhrəmanlıq ruhunun və tərbiyənin bariz təzahürüdür. Adəm Namazovun gələcəkdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti kimi torpaqlarımızın keşiyində durmaq niyyəti hər birimizi qürurlandırır.
Bu şərəfli və qürur dolu addım münasibətilə Adəm Namazovu ürəkdən təbrik edir, ona Cəmşid Naxçıvanski adına Hərbi Liseydəki təhsilində, gələcək şərəfli xidmətində polad kimi iradə, tükənməz əzm və böyük nailiyyətlər arzulayırıq!
Ruhun şad olsun, cənab Şəhidim — əmanətin etibarlı əllərdədir, izini yaşadan var!
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər