“Zərif qadın, qayğıkeş ana və mükəmməl ailə dəyərləri” mövzusunda tədbir keçirilib
25 aprel 2025 | 09:07
“Zərif qadın, qayğıkeş ana və mükəmməl ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Qarabağ Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evində 25 aprel 2025-ci il tarixində görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın doğum günü münasibətilə “Zərif qadın, qayğıkeş ana və mükəmməl ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə qeyd olunub ki, zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş Zərifə xanım Əliyeva geniş elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermişdir.
Çıxış edənlər diqqətə çatdırıb ki, Zərifə xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilmiş, ən başlıcası isə xalqımıza Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə Zəfər səlnaməsi yazan qətiyyətli sərkərdə, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevi bəxş etmişdir.
Milyonların gözlərinə nur verən İnsan, görkəmli oftalmoloq alim, zərif qadın və qayğıkeş ana Zərifə xanım Əliyevanın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində sonsuz sevgi və böyük ehtiramla əbədi yaşayacaqdır!