Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

   Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır.

  Azərbaycanın sosial, siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Xocavəndin hər daşı, hər qayası, hər mağarası tarixin əsl canlı şahididir. 1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 153 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir.

2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənilər tərəfindən işğal olunmuşdur. Xocavənd rayonunun kəndlərinin işğal tarixləri:

  • Tuğ kəndi 30.10.1991
  • Salakətin kəndi 30.10.1991
  • Xocavənd kəndi 19.11.1991
  • Axullu kəndi 09.01.1992
  • Qaradağlı kəndi 17.02.1992
  • Muğanlı kəndi 02.10.1992
  • Əmirallar kəndi 02.10.1992
  • Kuropatkin kəndi 02.10.1992
  • Günəşli kəndi 23.07.1993
  • Xətai kəndi 20.08.1993

Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxın­lığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var. Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi əra­zi-sindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxın­lı­ğındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kən­dində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi əra­zisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar. Xocavənd torpağı ölkəmizə çoxlu sayda tanınmış siyasətçilər, mədəniyyət xadimləri, rəssamlar, şairlər, yazı­çılar, jurnalistlər, müğənnilər, idmançılar, sərkər­dələr, igidlər bəxş etmişdir.

Xocavənd toponimi 2 hissədən - Xoca sözündən və Vənd komponentindən ibarətdir. Xoca sözü türk dilində «müəllim, öyrətmən» anlamındadır. Vənd komponenti İran dillərində «uşağı, nəsli, törəməsi» mənasını daşıyır.


    44 min əhalisi olan Xocavənd rayonunun 1 şəhər, 2 böyük qəsəbə və 80 kəndi var.
 

İşğaldan azad edilən Xocavənd rayonun inzibati əraziləri  

1. Hadrut qəsəbəsi       (09.10.2020),
2. Sur kəndi                  (09.10.2020)
3. Çaylı kəndi                (09.10.2020)
4. Bulutan kəndi                    (14.10.2020)
5. Məlkicanlı kəndi                (14.10.2020)
6. Kəmərtük kəndi                 (14.10.2020)
7. Təkə kəndi                        (14.10.2020)
8. Tağasər kəndi                   (14.10.2020 )
9. Edişə kəndi              (15.10.2020 )
10. Düdükçü kəndi       (15.10.2020 )
11. Edilli kəndi              (15.10.2020 )
12. Çiraquz kəndi         (15.10.2020)
13. Xırmancıq  kəndi             (16.10.2020)  
14.  Ağbulaq  kəndi                (16.10.2020)  
15.  Axullu   kəndi                  (16.10.2020)  
16. Ağcakənd  kəndi     ( 20.10.2020)
17. Mülkidərə  kəndi     (20.10.2020)
18. Daşbaşı  kəndi        ( 20.10.2020)
19.  Günəşli  kəndi        ( 20.10.2020)
20.  Çinarlı  kəndi          (20.10.2020)
21.  Dolanlar  kəndi               ( 23.10.2020)
22. Bünyadlı kəndi                ( 23.10.2020)
23.  Ataqut kəndi           ( 07.11.2020)
24. Hünərli kəndi           ( 07.11.2020)
25. Susanlıq kəndi                ( 09.11.2020)
26. Domi  kəndi                     ( 09.11.2020)
27. Tuğ kəndi                        ( 09.11.2020)
28. Akaku  kəndi                   ( 09.11.2020)
29. Azıx kəndi                       ( 09.11.2020)
30.  Köhnə Tağlar kəndi           ( 09.11.2020)
31. Salakətin kəndi                ( 09.11.2020)
32. Zoğalbulaq kəndi             ( 09.11.2020)
33. Aragül    kəndi                  ( 09.11.2020)
34. Tağavard kəndi                ( 09.11.2020)
35. Böyük Tağaverd   kəndi   ( 09.11.2020)
36. Zərdanaşen  kəndi           ( 09.11.2020)
37. Şexer  kəndi                     ( 09.11.2020)

Keçidlər