Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sahil Hüseynovun ailəsi ziyarət edilib.

17 oktyabr 2021 | 16:00

     Şəhid Sahil Hüseynovun ailəsi ziyarət edilib.
    27 sentyabr 2020-ci il tarixdə başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan qələbə qazandı. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.
    16 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Hüseynov Sahil Habil oğlunun ailəsi ilə görüş keçirildi. Torpaqlarımızın azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək onların vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, şəhid ailələrinə mənəvi dəstək olmaq və ehtiram göstərmək məqsədi ilə keçirilən görüşdə Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov, Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev və bir qrup fəal gənc iştirak edirdi. Ziyarət zamanı şəhidin əziz xatirəsi yad olundu, onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparıldı, ailənin qayğıları dinlənildi.
    Xocavənd rayonunun Muğanlı kənd sakini 2001-ci il təvəllüdlü Hüseynov Sahil Habil oğlu 11 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərərək şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.
     Allah rəhmət eləsin!

Keçidlər