Könüllü fəaliyyəti
Tədbirlər, layihələr və təlimlər
Könüllülərə sertifikat təqdim edilmişdir 02.09.2020
02 avqust 2020-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vuran gənclərlə görüş keçirilib. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Başçı 2 aylıq könüllü fəaliyyəti başa vuran gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, vətənpərvər olmağı və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etməyi tövsiyə edib.
Könüllülər çıxış edərək Xocavənd Rayon İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Sonda könüllülərə Sertifikatlar təqdim olunub.
"Əsgərə məktub"layihəsi çərçivəsində Xocavənd könüllüləri Vətənimizin keşiyində cəsarətlə dayanan əsgərlərə məktub yazdılar
2020-08-18
Yazılan sevgi, güvən dolu cümlələrdən bəzilərini sizlərə təqdim edirik.
" Düşmənə sancılan ən möhkəm silah sizin cəsarətiniz və Vətən sevginizdir."(Saray Həsənova)
"İgid əsgər, biz sizə siz isə Allaha əmanətsiniz. Sizinlə çiyin-çiyinə döyüşməyə hər zaman hazırıq"(Əkbərli Ziya)
"Vətənə xidmət andımız, amalımızdır". (Sənan Hüseynov)
"Sizlər bəzən şaxtalı, soyuq, bəzən isə isti günlərdə Vətən sevgisi ilə səngərdə dayanır, bizi qoruyursunuz". (Abbasov Camal)
"İgid əsgər, bu gün torpağı göz bəbəyin kimi qoru ki, onu gələcək nəsillərə qiymətli bir əmanət kimi ötürə bilək" (Oruclu Aytac)
"İgid əsgər, sən tək deyilsən, sən yüzlərlə, minlərləsən. Şəhidlərimizin qanı yerdə qalmayacaq. O günə az qalıb"(Süleymanov Adəm)
"Bu gün mən sizinlə təkcə rahat gecələr, sevincli günlər üçün deyil, həm də müstəlliyimizi bütün dünyaya bəyan edən üçrəngli bayrağı Lələtəpədə dalğalandırdığınız üçün fəxr edirəm"( Fərahim Əliyev)
Gənc könüllülərlə görüş keçirilmişdir
2020-08-14
Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənclərlə görüş keçirilmişdir.Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Başçı həmçinin çıxışı zamanı Azərbaycan Ordusunun qüdrəti haqqında da danışaraq bildirmişdir ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında sürətli iqtisadi-sosial inkişafa malik olan Azərbaycan qısa müddətdə güclü hərbi potensial yaratmaqla qüdrətli ordu sahibinə çevrilmişdir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır. Azərbaycan Ordusunin işğalçı Ermənistana öz hərbi gücünü göstərməsi üçün son bir neçə ildə xeyli imkanlar yaranıb. Xüsusilə 2016-cı ildə şanlı Aprel döyüşlərində Ermənistan ordusu Silahlı Qüvvələrimiz tərəfindən ağır zərbələr alaraq məğlubiyyətə uğradı.
İkinci belə bir zəfər döyüşü isə 2020-ci ilin iyulun 12-də erməni hərbi qüvvələrinin Tovuz rayonu istiqamətindəki təxribat xarakterli hücumunun qarşısı alınmaqla qarşı tərəfə əks-zərbə vurulanda baş tutdu. 100-dən çox hərbçisini və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı qüvvələri hətta səngərləri qoyub qaçmağa başladılar.
Görüş gənclərlə qarşılıqlı müzakirə şəraitində davam etdi. Könüllülər bildirdilə ki, Mübariz İbrahimov , Fərid Əhmədov ,General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur.
Növbəti könüllü qrupumuz fəaliyyətə başladı
2020-07-28
5 nəfər gəncdən ibarət Xocavənd könüllüləri Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar. İlk öncə başçının müavini Əfsanə Quliyeva gənclərə könüllük fəaliyyəti haqqında geniş məlumat verdi. Sonra könüllülər üzrə koordinator Nicat Şirinov könüllüləri Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası və şöbələrlə tanış etdi və onlara İcra Hakimiyyəti haqqında ətraflı məlumat verdi. İlkin tanışlıqdan sonra könüllülər peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüldülər.
Proqram müddətində könüllülərimiz İcra Hakimiyyətinin müxtəlif struktur bölmələrində təcrübə keçəcək, onların işində yaxından iştirak etməyə çalışacaqlar. Həmçinin könüllülərimiz sakinlərin müraciətlərinin qəbulu və cavablandırılması, rayonun sosial-iqtisadi, humanitar məsələləri, rayon təsərrüfatı, eləcə də rayon idarəçiliyi ilə tanış olacaq, müxtəlif tədbirlərin və layihələrin təşkilatçılığı işində yaxından iştirak edəcəklər.
Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənclərə sertifikat təqdim edilmişdir
2020-07-09
Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənclərlə görüş keçirilmişdir. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə ölkə Prezidentinin və Birinci vitse-prezidentin çağırışlarına cavab olaraq yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keçirdiyi aksiyalara rayonumuzun könüllüləri də dəstək verərək müxtəlif aksiyalar həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfələrini verirlər. Xocavənd rayon fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasına qoşulmuş, tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar. Könüllülər tərəfindən əhali arasında koronavirus (COVİD-19) epidemiyasına qarşı maarifləndirmə işləri aparılmış, sosial şəbəkələr vasitəsilə koronavirus epidemiyasına qarşı təbliğat video və foto məlumatlar mütəmadi olaraq paylaşılmışdır.
Xocavənd könüllüləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına qoşulublar.
Cənab Prezidentin "Biz birlikdə güclüyük" çağırışına qoşulan Xocavənd könüllüləri "Dəstək olaq" sosial layihəsi çərçivəsində Beyləqan rayon ərazisində salınmış qəsəbələrdə yaşayan şəhid ailələri, aztəminatlı ailələr, tənha yaşayanlara müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.
Başçı 2 aylıq könüllü fəaliyyəti başa vuran könüllüləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, vətənpərvər olmağı və Vətənə xidmət etməyi özülərinin ən şərəfli vəzifəsi hesab etməyi tövsiyə edib.
Könüllülər çıxış edərək Xocavənd Rayon İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirdilər, bu təcrübənin onların gələcək fəaliyyətlərində mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər.
Könüllük hərəkatında iştirak edərək bu aksiyanın iştirakçısı olmaq mənim karyera həyatımda atdığım ilk və ən önəmli addım olmuşdur
2020-05-18
İllər keçir, zaman ötür, çox şeylər dəyişir. Amma "Gənclər bizim gələcəyimizdir” şüarı həmişə dəyişməz və aktual olaraq qalır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənc nəsildən, onun fiziki və mənəvi sağlamlığından, Vətəninə bağlılığından asılıdır. Gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Gənclər hər zaman cənab Prezidentin diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin potensialından tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə mütəmadi olaraq fərman və sərəncamlar imzalayır. Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Bu gün gənclərin dövlətimizin ictimai, sosial, iqtisadi, siyasi həyatında müəyyən bir rola sahib olması, mütərəqqi bir inkişaf yolu tutması İlham Əliyevin apardığı dövlət siyasətinin səmərəli nəticəsi olmaqla yanaşı, gənclərə verdiyi dəyərin bariz nümunəsidir.
Ölkəmizdə aparılan gənclər siyasəti gənclərin yeni inkişaf modeli kimi təqdim edilən könüllülük hərəkatının da geniş vüsət almasına şərait yaradıb. 2019-cu il fevral ayının 1-də Gənclər Gününə həsr olunmuş Respublika toplantısındakı çıxışında gənclərin Könüllülük hərəkatına qoşulmaqla təcrübi biliklərinin artırılması, peşə vərdişlərinə yiyələnməsi, potensialının üzə çıxarılması kimi amilləri vurğulayan cənab Prezident bu hərəkatın geniş vüsət almasının gənclərin inkişafında prioritet məsələ olduğunu bildirmişdir. Kəlbəcər Rayon İcra Kimiyyətinin yeni təyin olunan başçısını qəbul zamanı gənclərin son illər ərzində ictimai həyatda çox fəal rol oynadıqlarını bildirən cənab Prezident könüllülər hərəkatının vacibliyini bir daha vurğuladı: “Bu gün ASAN könüllüləri, sözün əsl mənasında, Azərbaycan gəncliyinə xas olan ən gözəl xüsusiyyətləri özlərində birləşdirirlər, o xüsusiyyətləri təcəssüm etdirirlər. Hazırda digər sahələrdə də könüllülər kifayət qədər geniş fəaliyyət göstərirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm. Mənim göstərişimlə mərkəzi və yerli icra orqanlarında da könüllülər işə cəlb edilməlidirlər”.
Möhtərəm Prezidentimiz 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında da yerli icra hakimiyyətləri qarşısında bu vəzifəni qoymuşdur. Cənab Prezidentin tapşırığının icrasını təmin etmək məqsədilə 2019-cu ilin mart ayından etibarən Xocavənd Rayon İcra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsinə başlamışdır. Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə könüllülərlə iş üzrə koordinator və könüllülərlə müqavilə bağlamaq səlahiyyəti olan şəxs müəyyən edilmişdir. Rayon İcra Hakimiyyətinin veb-səhifəsində “Könüllü fəaliyyət” əsas bölmə olmaqla, müvafiq altbölmələr yaradılmış, könüllü fəaliyyətinə başlanılması barədə İcra Hakimiyyətinin sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq elanlar yerləşdirilir. 2019-cu il ərzində 11 nəfər gənc iki aylıq iş təcrübəsindən keçmiş və hər birinə sertifikat təqdim edilmişdir. Həmin könüllü gənclərdən 9 nəfəri artıq rayonun müxtəlif idarə və müəssisələrində işlə təmin olunmuşdur. Mən də 2019-cu ildə Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulan ilk könüllülərdənəm. Könüllük hərəkatında iştirak edərək bu aksiyanın iştirakçısı olmaq mənim karyera həyatımda atdığım ilk və ən önəmli addım olmuşdur. 2 ay ərzində müxtəlif şöbələrdə iş prinsipi ilə tanış olmaq, peşə vərdişləri və nəzəri biliklər yiyələnmək, kollektivə uyğunlaşmaq baxımından bu təcrübənin mənə çox böyük təsiri oldu. Könüllü kimi fəaliyyətimi başa vurduqdan sonra isə Xocavənd Rayon İcra Hakimiyyətindən mənə böyük etimad göstərildi və başçının köməçisi vəzifəsinə təyin olundum. Əlbəttə, bu mənim üçün çox sevindirici bir hal oldu. Könüllü kimi fəaliyyətə başladığım dövlət təşkilatında artıq iş həyatina atılırdım. Mənim kimi könüllülük fəaliyyətinə başlayan əksər gənclər hazırda dövlət qurumlarında və ictimai təşkilatlarda müxtəlif vəzifələrdə çalışırlar. Bu fakt isə könüllü fəaliyyətin nə dərəcədə uğurlu olmasını bir daha təsdiq edir.
Prezident İlham Əliyev daim gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkir. Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) də könüllülük hərəkatının genişlənməsində müstəsna rola malik oldu. AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.
Mən bir gənc, dövlət qulluqçusu və müstəqil Azərbaycan dövlətinin bir vətəndaşı kimi cənab Prezident İlham Əliyevə Xocavənd gəncləri adından bizə göstərilən diqqət və dəstəyə görə öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Hörmətlə
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının köməkçisi
Xocavənd könüllüsü Cəfərov Cabir Məhiyəddin oğlu
Könüllülük heç bir mənfəət güdmədən, şəxsin öz iradəsi ilə seçdiyi əvəzi ödənilməyən fəaliyyətdir.
2020-05-18
"Könüllülük heç bir mənfəət güdmədən, şəxsin öz iradəsi ilə seçdiyi əvəzi ödənilməyən fəaliyyətdir. Dəyərlərimizi, işgüzarlığımızı dünya görüşümüzü, özünüinkişafımızı göstərmək, sübut etmək üçün möhtəşəm bir fürsətdir. Könüllülük sosiallaşmaq deməkdir ,paylaşmaq deməkdir, dostluq, sülh, yardımseverlik deməkdir"
Düşünürəm ki, istənilən bir ölkədə sosial, siyasi ve ya iqtisadi göstəricilərdə yüksək uğur qazanmaq üçün çox çalışmaq və geniş miqyaslı işlər görmək lazımdır. Bu gün Azərbaycan dünya ölkələri ilə müqayisədə öz sözünü demiş qabaqcıl dövlətlər sırasındadır. Bunun səbəbi isə ölkə rəhbərliyinin düzgün yürütdüyü siyasətin nəticəsidir. İşə təməldən baxmalı olsaq, Azərbaycanın əziyyətli, çətin mərhələli yollardan keçdiyini bilirik. Bu gün müstəqil olaraq dünya meydanında öz sözünü demiş bir dövlətik. Çünki Ulu Öndər Heydər Əlyevin qurduğu ve dirçəltdiyi ölkəmizin ve onun davamçısı cənab prezident İlham Əliyevin daş üstünə daş qoyaraq daha da ucalara yükslətdiyi bir dövlətdir Azərbaycan dövləti!
Bu gün dövlətimizə ,Prezidentimizə dəstək olmaq üçün biz gənclərin üzərinə düşən vəzifə isə, ölkəmizin uğrurlu işlərində əlimizdən gələni əsirgəməməkdir. Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi biz gəncləri çox sevindirdi.
Sadə bir sual ortaya çıxır. Könüllülük nə deməkdir?!
Mənə görə, könüllülük heç bir mənfəət güdmədən, şəxsin öz iradəsi ilə seçdiyi əvəzi ödənilməyən fəaliyyətdir. Dəyərlərimizi, işgüzarlığımızı dünya görüşümüzü, özünüinkişafımızı göstərmək, sübut etmək üçün möhtəşəm bir fürsətdir. Könüllülük sosiallaşmaq deməkdir ,paylaşmaq deməkdir, dostluq, sülh, yardımseverlik deməkdir.
Şərəfdir könüllülük!!! Mən də bu gözəl fəaliyyətin bir üzvü olduğum üçün çox şadam.
Könüllü olmaq tək ictimai işlə kifayətlənmir, həm də gəncliyin ruha qida verdiyi xoş anları, gözəl xatirələridir.
Azərbaycanda könüllülər ciddi uğurlara imza atıblar. “ASAN xidmət”, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə könüllüləri, miqrasiya könüllüləri, diaspor könüllüləri, könüllü gömrükçülər, aqrar inkişaf könüllüləri və digər bir çox könüllülər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında fəal iştirak edirlər. Könüllülərimiz ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə böyük əmək sərf ediblər. Bunun ölkə rəhbərliyi tərəfindən dəstək olunaraq bəyənilməsi gənclərə daha çox həvəs, daha çox güc verir.
Cənab Prezidentin də dediyi kimi "Ümumiyyətlə, gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar. Mən xüsusilə könüllüləri qeyd etmək istərdim. Bu il mənim Sərəncamımla “Könüllülər ili” elan edilmişdir. Mən çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər, bizim ümumi işimizə çox böyük töhfə verirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm. Mənim göstərişimlə mərkəzi və yerli icra orqanlarında da könüllülər işə cəlb edilməlidirlər".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq ölkədə mövcud könüllü təşkilat və hərəkatlarının təşəbbüsü ilə yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən “Bir-birimizi qoruyaq” adlı yeni kampaniyaya start verildi.Hər bir Azərbaycan gəncinin borcudur ki, bu çağırışa qoşularaq könüllü fəaliyyətləri ilə bu aksiyada iştirak etsin.
Məndə bir Xocavənd gənci olaraq, dövlətimiz dövlətçiliyimiz uğrunda vəzifə borcumu yerinə yetirməyə hər zaman hazıram. Məqsədim və hədəfim isə rayonumuzu və Azərbaycanımızı layiqincə təmsil etmək, dövlətçilik ənənələrinə sadiq qalaraq bu yolda uğurla davam etməkdir. Gənc könüllü olaraq ölkə rəhbərimizin bizlərə həvalə etdiyi vəzifələrin öhdəsindən layiqincə gəlib hər zaman əlimizdən gələni etməyə hazır olmalıyıq."
Xocavənd könüllüsü Asim Rüstəm
Könüllülərin karantin dövründəki fəaliyyəti.
2020-05-18
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, sağlamlıqlarının qorunması və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə ölkə Prezidentinin və Birinci vitse-prezidentin çağırışlarına cavab olaraq yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keçirdiyi aksiyalara rayonumuzun könüllüləri də dəstək verərək müxtəlif aksiyalar həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfələrini verirlər.
Xocavənd rayon fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasına qoşulmuş, tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar. Könüllülər tərəfindən əhali arasında koronavirus (COVİD-19) epidemiyasına qarşı maarifləndirmə işləri aparılmış, sosial şəbəkələr vasitəsilə koronavirus epidemiyasına qarşı təbliğat video və foto məlumatlar mütəmadi olaraq paylaşılmışdır.
Xocavənd könüllüləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına qoşulublar.
Cənab Prezidentin "Biz birlikdə güclüyük" çağırışına qoşulan Xocavənd könüllüləri "Dəstək olaq" sosial layihəsi çərçivəsində Beyləqan rayon ərazisində salınmış qəsəbələrdə yaşayan şəhid ailələri, aztəminatlı ailələr, tənha yaşayanlara müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya, eləcə də ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Yeni Azərbaycan Partiyasının Xocavənd rayon Təşkilatı Gənclər birliyinin könüllü gəncləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrini ziyarət edərək onları bayram münasibətilə təbrik ediblər.
2020-03-10
Yeni Azərbaycan Partiyasının Xocavənd rayon Təşkilatı Gənclər birliyinin könüllü gəncləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbələrində məskunlaşan 35 qədər şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik ediblər.
Könüllülər ili çərçivəsində tələbələrlə görüş keçirilmişdir.
2020-02-12
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov dövlət gənclər siyasətindən danışaraq bildirdi ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Başçı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi haqqında gənclərə dolğun məlumat verdi, gənc nəslin Azərbaycanın tarixini, xalqımızın başına gətirilən soyqırımı hadisələrini dərindən öyrənməsinin vacibliyini vurğuladı. Başçı gənclər müraciət edərək bildirdi ki, dünyada aparılan müharibələr informasiya savaşı fazasına keçdiyindən, bizim gənclik informasiya müharibəsinə hər an hazır olmalıdır. Zaman-zaman parçalanmış böyük Azərbaycanın indiki ərazisinin də ermənilər tərəfindən 20 faizinin işğalı bizə sosial şəbəkələrdə təbliğat aparmağımızı daha vacib edir. Məlum məsələdir ki, ermənilər bizə qarşı sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək daim informasiya müharibəsi aparmaqla məşğuldur. Ermənilərlə təbliğat müharibəsini aparmaq üçün bizə informasiya texnologiyalarına yaxşı bələd olan sizin kimi vətənpərvər gənclər lazımdır. Bunun üçün Siz gənclər seçdiyiniz istiqamət üzrə daha peşəkar olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin, qlobal mədəniyyət müstəvisində qazanılan uğurların, Azərbaycanın müasir ölkə imici və turizm imkanlarının, eləcə də Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün sosial şəbəkələrdə daha mütəşəkkil və aktiv fəaliyyət göstərməlisiniz.
Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənclərə sertifikat təqdim edilmişdir
2019-12-10
Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənclərlə görüş keçirilmişdir.Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Cənab Prezident Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur . Bu məqsədilə Xocavənd Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır.
Başçı 2 aylıq könüllü fəaliyyəti başa vuran könüllüləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, vətənpərvər olmağı və Vətənə xidmət etməyi özülərinin ən şərəfli vəzifəsi hesab etməyi tövsiyə edib.
Könüllülər çıxış edərək Xocavənd Rayon İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirdilər, bu təcrübənin onların gələcək fəaliyyətlərində mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər.
"ŞƏHİDİMİZ" KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ XOCAVƏNDLİ KÖNÜLLÜLƏR ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİBLƏR
2019-12-10
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 02-09 dekabr tarixlərində ölkəmizdə təşkil olunmuş “Könüllülük həftəsi” çərçivəsində Xocavənd rayonunda da silsilə tədbirlər təşkil edilmişdir. 06.12.2019-cu il tarixdə keçirilmiş növbəti “Şəhidim” devizi ilə gənc könüllülər 500 ailəlik Xocavənd qəsəbəsində məskunlaşmış Qaradağlı kənd sakini şəhid atası Rüstəmov Gülüm Məmməd oğlunun ailəsini ziyarət etmişlər. Görüşdə çıxış edən könüllülərlə iş üzrə koordinator Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Nicat Şirinov, Rüstəmov Gülüm Məmməd oğlunun övladı Şəhid Tağıyev Zakir Gülüm oğlunun keçdiyi ömür yolu haqqında könüllülərə məlumat verərək bildirmişdir ki, 17 fevral 1992-ci il tarixdə ermənilər tərəfindən işğal edilmiş Qaradağlı kəndi düşmənə qarşı 4 il 4 ay güclü müqavimət göstərmiş, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etmişdir. Qeyri bərabər döyüşlərdə kənd özünümüdafiə dəstəsi üzvlərinin sursatı tükəndiyindən mübarizəni davam etdirə bilməmiş və sonda 114 nəfər kənd sakini ermənilər tərəfindən əsir götürülmüşlər. Əsir götürülən kənd sakinlərindən 33 nəfəri “Bəylik bağı” adlanan ərazidə ermənilər tərəfindən güllələnmiş və yaralı halda olanları meyitlərlə birgə təsərrüfat quyusuna tökərək üzərilərini torpaqla örtmüşlər. Həmin hadisədə Tağıyev Zakir Gülüm oğlu da ermənilər tərəfindən qətlə yetirilmişdir.
Şəhid atası öz növbəsində onları yad edən könüllüləri salamlayaraq, gənclərə xoş arzularını bildirmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Gülüm Rüstəmov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açaraq, onların bütün problemlərinin zamanla həll olunduğunu bildirmişdir. Eyni zamanda Şəhid atası Cənab İlham Əliyevin qətiyyəti sayəsində tezliklə itirilmiş Qarabağ torpaqlarının düşmən tapdağından azad olunacağına əminliyini ifadə etmişdir. Sonda könüllülərlə şəhid ailəsi birgə xatirə şəkili çəkdirmişlər.
1-9 dekabr “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində yekun görüş keçirildi
2019-12-09
Xocavənd rayonunda 9 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən 1-9 dekabr “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində yekun görüş keçirildi. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da iştirak etmişdir.
Könüllülük fəaliyyəti haqqında məlumat verən başçının müavini Əfsanə Quliyeva bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Xocavənd Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviqinə başlamışdır. Hal-hazıra kimi icra hakimiyyətində 11 könüllü iş təcrübəsindən keçmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov əvvəlcə könüllü kimi fəaliyyətlərini uğurla başa vuran gəncləri səmimi qəlbdən təbrik edib, bundan sonrakı fəaliyyətlərində də daim nailiyyət qazanmalarını arzulayıb. Ölkəmizdə Könüllülük hərəkatının inkişafından söz açan rayon rəhbəri dövlət başçısının göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısının ətrafında sıx birləşdiyini qeyd edib. Ölkə Prezidentinin Könüllülük hərəkatına göstərdiyi diqqətdən danışan icra başçısı bu fəaliyyətin istər dövlətimiz, istərsə də gənclər üçün çox önəmli olduğunu bildirib. “Bu Könüllülük fəaliyyəti siz gənclərin qarşısında hər zaman geniş imkanlar açacaq”, - deyən rayon rəhbəri bu fəaliyyət sayəsində böyük təcrübə əldə etdiklərini qeyd edib. Bildirib ki, bu fəaliyyət dövründə sizlərə olan qayğı bir daha onu göstərdi ki, Xocavənd Rayon İcra Hakimiyyətinin timsalında bütün qapılar siz gənclərin üzünə hər zaman açıqdır. Sonda rayon rəhbəri cəsarətli addım ataraq fəaliyyətə qoşulan gənclərə gələcək işlərində bir daha uğurlar arzulayıb.
Görüşdə koordinator Şirinov Nicat Yengibar oğlu könüllük fəaliyyətinin təşkil olunmasında fəal iştirakına görə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuşur.
Xocavənd könüllülərinin Beyləqan rayonuna ekskursiyası təşkil edilib
2019-12-05
03 dekabr 2019-cu il tarixdə "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində Xocavənd könüllülərinin Beyləqan rayonuna ekskursiyası təşkil edilib. Könüllülər Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi və Tarix-diyarşünaslıq muzeyində olublar.
Könüllü gənclər "Azərbaycan Könüllülük Həftəsi"nin ilk günü Salakətin kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri ilə görüş keçirdilər.
2019-12-04
Könüllü gənclər "Azərbaycan Könüllülük Həftəsi"nin ilk günü Salakətin kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri ilə görüş keçirdilər. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti aparatının könüllülərlə iş üzrə koordinatoru Nicat Şirinov məktəbli şagirdlərə Könüllü fəaliyyəti haqqında məlumat verdikdən sonra bu layihənin önəm və mahiyyətini eləcə də gənclərin bu layihədə peşə vərdişlərinə yiyələnmələri ilə bərabər təcrübi biliklərin inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Bugün "Könüllülük hərəkatı"nın geniş kütləyə sahib olduğunu vurğulayan N.Şirinov dövlətin həyata keçirdiyi bu kimi dövlət proqramları gənclərin innovativ inkişafına təkan verdiyini və gənclərin potensialının üzə çıxarılması baxımından çox böyük önəm daşıdığını bildirdi.
Daha sonra bu layihədə iştirak edən gənclər "Könüllülük hərəkatın"ı öz fikirləri ilə məktəbli şagirdlərə çatdırdılar. Bu layihənin onların karyeralarında çox mühüm addım olduğunu bildirən könüllülər rayonumuzun bu kimi layihələrdə daim gənclərə dəstək verməklərini, eləcə də gənclərin bu layihəyə təşviq etmək baxımından həyata keçirtdiyi tədbirləri yüksək qiymətləndirdiklərini bildirdilər. Məktəbli şagirdlərə öz tövsiyələrini verən gənclər inkişaf baxımından gələcəkdə bu kimi layihələrdə fəal iştirak etməklərini və ölkəmizə layiqli bir gənc olmaqlarını bildirdilər.
Xocavənd Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər ilə görüş keçirilib.
2019-08-30
30 avqust 2019-cu il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər ilə görüş keçirilib.Görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov dövlətin həyata keçirdiyi gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Ümummilli lider Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” fikrini xatırladan başçı hökümətin gənclərin inkişafı, özlərini təsdiq etməsi və dövlət strukturlarında çalışması üçün hər bir şəraiti yaratdığını qeyd edib.Könüllülərin İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazanacaqlarına əminliyini ifadə edən Eyvaz Hüseynov bu təcrübələrin onların əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandığını qeyd edib. Başçı həmçinin bildirmişdir ki, dünyada aparılan müharibələr informasiya savaşı fazasına keçdiyindən, bizim gənclik informasiya müharibəsinə hər an hazır olmalıdır. Zaman-zaman parçalanmış böyük Azərbaycanın indiki ərazisinin də ermənilər tərəfindən 20 faizinin işğalı bizə sosial şəbəkələrdə təbliğat aparmağımızı daha vacib edir. Ermənilərlə təbliğat müharibəsini aparmaq üçün bizə informasiya texnologiyalarına yaxşı bələd olan sizin kimi vətənpərvər gənclər lazımdır. Bunun üçün Siz gənclər seçdiyiniz istiqamət üzrə daha peşəkar olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin, qlobal mədəniyyət müstəvisində qazanılan uğurların, Azərbaycanın müasir ölkə imici və turizm imkanlarının, eləcə də Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün sosial şəbəkələrdə daha mütəşəkkil və aktiv fəaliyyət göstərməlisiniz.
Daha sonra sözügedən könüllülər, könüllülər üçün çox böyük şəraitin və imkanların yaradıldığnı qeyd edərək bütün bunların gənclər üçün stimul olduğunu, özlərinə iş yeri seçməkdə köməklik edəcəyini qeyd ediblər.
Növbəti Könüllü qrupumuz fəaliyyətə başladı 21.08.2019
Xocavənd Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır. avqust ayının 20-dən etibarən 6 nəfər gəncdən ibarət Xocavənd Könüllüləri Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar. İlk öncə başçının müavini Əfsanə Quliyeva Könüllüləri Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası və şöbələrlə tanış etdi və onlara İcra Hakimiyyəti haqqında ətraflı məlumat verdi. İlkin tanışlıqdan sonra könüllülər peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüldülər.
Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənc fəalla görüş keçirilmişdir 14.08.2019
14 avqust 2019-cu il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuş gənc fəalla görüş keçirilmişdir.Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Cənab Prezident Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur . Bu məqsədilə Xocavənd Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır.
Başçı 2 aylıq könüllü fəaliyyəti başa vuran Nərmin Süleymanovanı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb, vətənpərvər olmağı və Vətənə xidmət etməyi özünün ən şərəfli vəzifəsi hesab etməyi tövsiyə edib.
Nərmin Süleymanova çıxış edərək Xocavənd Rayon İcra Hakimiyyətində təcrübə keçməsi üçün yaradılmış şəraitə görə öz minnətdarlığını bildirib, bu təcrübənin onun gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Sonda könüllü Nərmin Süleymanovaya Sertifikat təqdim olunmuşdur.
İlk könüllülərimizə sertifikatlar təqdim edilib
13 iyun 2019-cu il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində könüllülərlə görüş keçirilib. Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Cənab Prezident Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur . Bu məqsədilə Xocavənd Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır.
Başçı 2 aylıq könüllü fəaliyyəti başa vuran gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, vətənpərvər olmağı və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etməyi tövsiyə edib.
Könüllülər çıxış edərək Xocavənd Rayon İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Sonda könüllülərə Sertifikatlar təqdim olunub.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə başlayan gənclərlə görüş keçirdi.
03 aprel 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov könüllü fəaliyyətə başlayan gənclərlə görüş keçirdi. Əvvəlcə Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ə.Quliyeva məlumat verərək bildirdi ki, “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında qeyd edilən vəzifələrin icrasını təmin etmək məqsədi ilə Xocavənd Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsinə başlamışdır. Könüllü fəaliyyətin rəsmiləşdirilməsi üçün Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə könüllülərlə iş üzrə koordinator və könüllülərlə müqavilə bağlamaq səlahiyyəti olan şəxs müəyyən edilmiş, Rayon İcra Hakimiyyətinin veb-səhifəsində “Könüllü fəaliyyət” əsas bölmə olmaqla, müvafiq altbölmələr yaradılmış, könüllü fəaliyyətinə başlanılması barədə İcra Hakimiyyətinin sosial şəbəkələrdəki rəsmi səhifələrində elanlar yerləşdirilmişdir. Könüllü fəaliyyətlə maraqlanaraq müraciət edən gənclərlə müsahibə keçirilmiş, aprel ayının 1-dən etibarən 3 nəfər könüllü Rayon İcra Hakimiyyəti Başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamışlar.
Rayon İcra Hakimiyyətinin başçısı cənab E.Hüseynov əvvəlcə könüllü fəaliyyətə başlayan gəncləri salamladı və onlara uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. Könüllülük faəliyyətinin dünyada kütləvi bir sosial fəaliyyətə çevrildiyini vurğulayan natiq müasir Azərbaycanda könüllülük sahəsində real inkişafın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladığını bildirdi və könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişinin məhz ümummilli liderimizin adı ilə bağlı olduğu diqqətə çatdırdı. Başçı vurğuladı ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi
Başçı qeyd etdi ki, XXI əsrin əvvəllərindən ölkəmizin yüksək neft gəlirləri ilə müşayiət olunan yeni bir dövrü başladı. Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün mühüm önəm daşıması danılmaz idi. Beləliklə, Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi və Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı yaradıldı.
Daha sonra başçı qeyd etdi ki, son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşdı. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.
Sonda başçı könüllü fəaliyyətə başlayan gənclərə uğurlar arzulayaraq gənclərə bütün lazımi köməkliklərin göstərilməsi üçün tapşırıqlarını verdi.
İlk Könüllülərimiz fəaliyyətə başladılar
Xocavənd Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır. Aprel ayının 1-dən etibarən 3 nəfər gəncdən ibarət Xocavənd Könüllüləri Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar. İlk öncə başçının müavini Əfsanə Quliyeva Könüllüləri Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası və şöbələrlə tanış etdi və onlara İcra Hakimiyyəti haqqında ətraflı məlumat verdi. İlkin tanışlıqdan sonra könüllülər peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüldülər.