Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

      ELAN

   Vətəndaş cəmiyyəti institutlarının nəzərinə.

   10 iyun 2021-ci il tarixdə Rayon Mədəniyyət evində İctimai Şuraya seçkilər keçiriləcəkdir.

 

 

              ELAN

     2020-ci il Vətən Müharibəsi ilə əlaqədar olaraq İctimai Şuraya seçkilər təxirə salınmışdır. Bu səbəbdən yeni seçkilər elan edilir.

    “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Xocavənd Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında” Xocavənd RİH başçısının 10 fevral 2016-cı il tarixli 14 saylı Sərəncamı ilə Xocavənd Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.

       İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. Bununla əlaqədar olaraq 12 aprel 2021-ci il tarixdən etibarən 20 iş günü müddətində Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 7 may 2021-ci il tarixində başa çatacaqdır.

         Seçkidə iştirak etmək istəyən şəxslər Xocavənd Rayon İcra Hakimiyyətinə müraciət edə bilər.

   

 

    ELAN

       “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Xocavənd Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında” Xocavənd RİH başçısının 10 fevral 2016-cı il tarixli 14 saylı Sərəncamı ilə Xocavənd Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.
       İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
        Bununla əlaqədar olaraq 24 sentyabr 2020-ci il tarixdən etibarən 20 iş günü müddətində Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 21 oktyabr 2020-ci il tarixində başa çatacaqdır.
         Seçkidə iştirak etmək istəyən şəxslər Xocavənd Rayon İcra Hakimiyyətinə müraciət edə bilər.

                                                                                             

                                                                                                         VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, Respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Xocavənd Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə bağlı aşağıdakı qaydalar müəyyən olunmuşdur.
1.Yerlərdə Səyyar qəbullar müvəqqəti olaraq təxirə salınır.
2. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçiriləcək. Fərdi qəbullar müvəqqəti olaraq, onlayn qəbul ilə davam etdiriləcək.Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara video zəng edilməklə aparılacaqdır.
3. Xahiş edirik müraciətlərinizi icra hakimiyyətinin rəsmi saytına(/), facebook (https://www.facebook.com/Xocavend1991/), instagram, twitter səhifələrinə yönləndirəsiz. Bütün müraciətlər elektron şəkildə ən qısa zamanda cavablandırılacaqdır.
4.Vətəndaşlar fasiləsiz olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər
(021)223-52-02 və (050)393-59-44 Başçının müavini- -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanov
(021)223-52-04və (050)207-49-40 Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva
(021)223-52-06 və (050)731-21-28) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdiri Müslüm Allahverdiyev
(021)223-52-08 və (050) 224-81-44 Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vaqif Cəfərov
050-682-98-68 Hüquq şöbəsinin məsləhətçisi Nasir Quliyev

 

                                                                                                                           Elan

             15 mart 2019-cu il tarixdə Yeni Tuğ qəsəbəsi, Mədəniyyət evində Rayon İcra Hakimiyyəti başçı Eyvaz Hüseynovun qəsəbə sakinləri ilə səyyar görüşü keçiriləcəkdir.

 

Elan

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının 10 fevarl2016-cı il tarixli 16saylı Sərəncamı ilə Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla  9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir. Bununla əlaqədar olaraq 10 fevral 2016-cı il tarixdən etibarən 20 iş günü müddətində Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 09 mart 2016-cı il tarixində başa çatacaqdır. Seçki ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət oluna bilər.

Vətəndaş cəmiyyətləri institutlarının nəzərinə!


“İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 6.1 maddəsinə və “İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsanamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 saylı qərarına əsasən İctimai Şuralara Seçkilərin təşkili məqsədilə “Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında”  Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2016-cı il tarixli 14 saylı sərəncamı ilə Xocavənd  Rayon İcra Hakimiyyəti yanında Seçki Komissiyası yaradılmışdır.

 

Keçidlər