İctimai Şura
Sərəncamlar
AZƏRBAYCAN RESPUBLİKASI
XOCAVƏND RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
SƏRƏNCAMI
№14 10 fevral 2016-cı il
Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 saylı 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.
2. Seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:
Komissiyanın sədri
Əfsanə Quliyeva |
Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Komissiyanın üzvləri |
Vaqif Cəfərov |
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri |
Müslüm Allahverdiyev |
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri |
Baris Alışov |
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Kuropatkin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi |
Novruz Quliyev |
Xocavənd rayon Ağsaqqallar Şurasının sədri |
Akif Həsənov Kamran Babayev |
Vətən Müharibəsi Veteranlar Birliyinin Xocavənd rayon şöbəsinin sədri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xocavənd rayon bölməsinin sədri |
Elxan Namazov Bəhruz Məmmədov |
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocavənd rayon Komitəsinin sədri |
|
|
3. Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 15 nəfər müəyyən edilsin.
4. Seçki komissiyasına tapşırılsın ki, Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (www.xocavend-ih.gov.az), “Xocavənd” qəzetində və digər müvafiq yerlərdə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.
5. Komissiyaya tapşırılsın ki, Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq 20 gün müddətinə başa çatdırsın və seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.
6. Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Müslüm Allahverdiyevə tapşırılsın ki, sərəncamın aidiyyatı üzrə çatdırılmasını təmin etsin.
7. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Xocavənd Rayonu
İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov