Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuranın üzvləri

 

                Aslanova Rəmziyə Aslan qızı - İctimai Şuranın sədri
Aslanova Rəmziyə Aslan qızı 1973-cü ildə Xocavənd rayon Axullu kəndində anadan olmuşdur. 1996-cı ildə  Bakı Dövlət Universitetinin  Fizika fakultəsini  bitirib. 1996-cı  ildə Xocavənd rayonu Salakətin kənd tam orta məktəbində  fizika müəllimi kimi əmək fəaliyyətinə başlayıb.  2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Təhsil şöbəsi həmkarlar ittifaqı üzvləri tərəfindən namizədliyi irəli sürülüb. Ailəlidir. 2 övladı var.

 

       Allahverdiyeva Müzəyyəm Əliqulu qızı - İctimai Şuranın sədr müavini
Allahverdiyeva Müzəyyəm Əliqulu qızı 1961-ci ildə  Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1984 –cü ildə M.A.Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun (qiyabi) mədəni-maarif fakultəsini  bitirmişdir. 1980-ci ildən 2008 –ci ilədək Muğanlı kənd mədəniyyət evində direktor, 2008-ci ildən Xocavənd rayon Mədəniyyət evinin direktoru  vəzifəsində işləyir. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü və 2012-ci ildən 124 sayli Şuşa –Ağdam –Xocalı –Xocavənd seçki dairəsi 39 saylı seçki məntəqəsinin sədr vəzifəsində işləyir. Azərbaycan Pespublikası Prezidentinin Sərəncamı ilə 2018- ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Mədəniyyət işçiləri həmkarlar ittifaqı üzvləri tərəfindən namizədliyi irəli sürülüb. Ailəlidir, 5 övladı var.

 

Tağıyev Eyvaz Həsrət oğlu
Tağıyev Eyvaz Həsrət oğlu 1964-cü ildə Xocavənd rayon Qaradağlı kəndində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhər Hacı Zeynalabdin Tağıyev adına texnikomun Maliyyə və kredit fakültəsini bitirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiə  Nazirliyinin tabeliyində DSMF  Publik hüquqi şəxsin  10 saylı regional ərazi filialında   çalışır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 övladı var. Şəhid atasıdır. Oğlu Tağıyev Elzamin Eyvaz oğlu 9 noyabr 2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur.

 

 

 

 

Həsənov Yusif Ağamirzə oğlu
Həsənov Yusif Ağamirzə oğlu 1963-cü ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur. 1987-ci ildə Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikomunun Texnik-Mexanik ixtisasını bitirmişdir. 2018-ci il tarixdən Yeniləşən dövlətə dəstək ictimai birliyinin Xocavənd rayon bölməsinin sədri vəzifəsində çalışır. 2021-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

 

 

 

 

 

Hüseynov Müşfiq Əvəz oğlu
Hüseynov Müşfiq Əvəz oğlu  1971-ci ildə Xocavənd rayon Muğanlı kəndində anadan olmuşdur. II qrup Qarabağ qazisidir. 1999-cu ildə Aqrar Ekologiya Universitetinin “Avto-nəqliyyat yollarının istismarı” ixtisasını bitirmişdir. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var

 

 

 

 

Tahirova Afət Əmirastan qızı
Tahirova Afət Əmirastan qızı, 1975-ci il təvəllüdlü, Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 1998-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Pedaqogika və psixologiya fakultəsini  bitirmişdir. 1998-2005-ci illərdə Bərdə rayonu Gərənə kənd orta məktəbində psixoloq vəzifəsində çalışıb. Təhsil şöbəsi həmkarlar ittifaqı üzvləri tərəfindən namizədliyi irəli sürülüb. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.Ailəlidir. 2 övladı var.

 

 

 

 

 

Fərəcova Şəlalə  Xanəli qızı
Fərəcova Şəlalə  Xanəli qızı 1982-ci ildə Xocavənd rayon Əmirallar  kəndində anadan olmuşdur. 2008-ci ildə Beynəlxalq Tədris  Mərkəzi “BİLİK” Maarifçilik Cəmiyyətinin , Mədəni Maarif İşi kursuna yiyələnmişdir. 2019-cu il tarixdən Yeni Azərbaycan Partiyasının  üzvüdür. Şəhid ailəsidir. Bir övladı var.

 

 

 

 

 

Alıyeva Telli Mehralı qızı
Alıyeva Telli Mehralı qızı 1959-cu ildə  Xocavənd rayon Qaradağlı kəndində anadan olmuşdur.1980-cı ildə Xankəndi Pedaqoji İnsitutunun tarix fakultəsini bitirib.1980-1992-ci ilə qədər Qaradağlı kənd tam orta məktəbində tarix müəllimi işləyib. Təhsil şöbəsi həmkarlar ittifaqı üzvləri tərəfindən namizədliyi irəli sürülüb. 2005-ci   ildən Yeni Azərbaycan Partiyasının  üzvüdür.  2016-cı ildə “Əməkdar müəllim” adına layiq  görülmüşdür.Ailəlidir.3 övladı var.

 

 

 

 

Həsənova Lüdmila Məhəmməd qızı
Həsənova Lüdmila Məhəmməd qızı  1958-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində anadan olub.1979-cu ildə  Xankəndi( Stepanakert) Pedaqoji İnstitutunun (əyani) riyaziyyat fakultəsini bitirmişdir. 1979-cu ildən 1992-cü ilədək Qaradağlı kənd orta məktəbində riyaziyyat müəllimi, 2008-ci ilədək Salakətin kənd orta məktəbində təşkilatçı və riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Mədəniyyət işçiləri həmkarlar ittifaqı üzvləri tərəfindən namizədliyi irəli sürülüb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının,  2012-ci ildən 124 sayli Şuşa –Ağdam –Xocalı –Xocavənd seçki dairəsi 39 saylı seçki məntəqəsinin  üzvüdür. Azərbaycan Pespublikası Prezidentinin Sərəncamı ilə 2011- ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Ailəlidir, 2 övladı var.

Keçidlər