Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət torpaqlarının icarəyə verilməsi

Dövlət torpaqlarının icarəyə verilməsi

Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi 


Qurum :
Xocavənd Rayon Icra Hakimiyyəti


Məzmun :
Dövlət mülkiyyətində olan əkin, örüş, otlaq və biçənək sahələrinin icarəyə verilməsi


Həyata keçirən qurumlar :
Icra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsi


Hüquqi əsas :
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16, 50, 51ci maddələri;
Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli
icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.16.4cübəndi;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş
"Orüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları" və "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları".


Həyata keçirilmə formaları :
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması


Həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
Telefon vasitəsilə məlumatlandırma
Poçt xidməti vasitəsilə məlumatlandırma


Həyata keçirilmə nəticəsi :


Həyata keçirilmə nəticə tipi :

Yeni sənəd

Sənəd :

Icarəyə verilməsi ilə bağlı müqavilə


Sənəd :

Icra Hakimiyyəti başçısının sərəncamı


Xidmət istifadəçisi barədə məlumat :
Fiziki şəxslər
Hüquqi şəxslər
Dövlət orqanları
Yerli özünüidarəetmə orqanları


Göstərilmə yeri :
Xocavənd Rayon Icra Hakimiyyətinin inzibati binası


Həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş
"Orüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları" və "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları"na və ya qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalara uyğun olmadıqda.


Həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
Azərbaycan Respublikasının vətəndaşı:


Sənədin adı :
Şəxsiyyət vəsiqəsinin surəti


Sənədin təqdim edilmə formaları :
Rih.gov.az , E-mail, Poçt vasitəsi ilə və ya şəxsən


Sənədin adı :
Ərizə


Sənədin təqdim edilmə formaları :
Rih.gov.az , E-mail, Poçt vasitəsi ilə və ya şəxsən


Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :

Istifadəçi "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati
aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
Ərizə və ya şikayət "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cümaddəsinə uyğun
olmalıdır. Şikayətə "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən
olunmuş qaydada 1 ay müddətində baxılır.


Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti
Ünvan: Azərbaycan Respublikası, Xocavənd rayonu, Xocavənd qəsəbəsi
Tel:(+994 021) 223-53-53
Faks:(+994 021) 223-52-07
Poçt indeksi:AZ-2800
E-mail: mail@xocavend-ih.gov.az

Keçidlər