Elektron xidmətlər
RİH-in göstərdiyi xidmətlər
1. Yetkinlik yaşına çatmayan şəxsin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına dair razılığın verilməsi
2. Ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla, avtomobil yollarının qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərlə müqavilə bağlanması
3. Uşağın mənşəyinin müəyyən edilməsi
4. Fiziki şəxsin üzərində patronaj təyin edilməsi
5.Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması
6. Uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi
7. Baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququnun yaradılması
8. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilməsi
9. Vətəndaşlara ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışların verilməsi
10. Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi
11. Qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi
12. Nikah yaşının azaldılması
13. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi
14. Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması






