İCRA HAKİMİYYƏTİ
“İnzibati xətalarla bağlı işlərə baxan vəzifəli şəxslər”
AZƏRBAYCAN RESPUBLİKASI
XOCAVƏND RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
SƏRƏNCAMI
№ 21 “16 ” mart 2017-ci il
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan
vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanının 5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı bəndinə uyğun olaraq qərara alıram:
1. “Xocavənd Rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahıs”ı təsdiq edilsin (əlavə olnur).
2. “Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında İnzibati Komissiyanın yaradılması barədə” rayon İcra hakimiyyəti başçının 10 iyul 2013-cü il tarixli 38 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.
3. Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ə.Quliyevaya tapşırılsın ki, İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısını Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
5. Sərəncam imzalandığı gündən qüvvədədir.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov
Xocavənd Rayon İcra Hakimiyyəti
başçısının 16 mart 2017-ci il tarixli 21
nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında
işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin
SİYAHISI
- Azər Süleymanov - Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri
- Əfsanə Quliyeva- Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri
- Təyyar Əliyev- Hüquq şöbəsinin müdiri
- Sevindik Hüseynov- Memarlıq və tikinti şöbəsinin müdiri