İCRA HAKİMİYYƏTİ
Protokol Tərtib Etmək Səlahiyyəti Olan Vəzifəli Şəxslər
AZƏRBAYCAN RESPUBLİKASI
XOCAVƏND RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
SƏRƏNCAMI
№ 43 16 iyun 2017-ci il
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə
protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın
təsdiq edilməsi haqqında
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının 5-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Xocavənd Rayon İcra Hakimiyyəti adından “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyevaya tapşırılsın ki, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nı Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
3. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
4. Sərəncam imzalandığı gündən qüvvədədir.
Xocavənd Rayon
İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov
Xocavənd Rayon İcra Hakimiyyəti
başçısının 16 iyun 2017-ci il tarixli
43 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı
1. Azər Süleymanov - Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri
2. Əfsanə Quliyeva- Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri
3. Təyyar Əliyev- Hüquq şöbəsinin müdiri