VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ
ŞƏHİD GÖYÜŞOV MƏZAHİR NİYAZ OĞLU
Soyad:Göyüşov
Ad:Məzahir
Ata adı: Niyaz
Doğum tarixi: 07.03.1992
Şəhid olub: 30.09.2020
Rütbə:gizir
Təltifləri:
![]()
.png)
![]()
Göyüşov Məzahir Niyaz oğlu- 07.03.1992-ci ildə Füzuli rayonunda doğulmuşdur. Təhsil həyatına Beyləqan rayon 6 saylı orta məktəbində qədəm qoymuş, 2000-ci ildən etibarən təhsilinə Tuğ kənd orta məktəbində davam etmişdir. 2011-ci ildə orta məktəbi bitirmişdir. 2012-ci ilin aprel ayında Ədliyyə Nazirliyinin tabeliyində olan hərbi hissədə xidmətə başlamışdır. 2013-cü ilin oktyabr ayında tərxis olmuşdur.
Bir müddət Bakı şəhərində mühafizə xidmətində çalışmışdır. 2017-ci ilin aprel ayında müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, BMP komandiri vəzifəsini icra etmişdir.
27 senytabr 2020-ci ildə başlayan Vətən müharibəsinə ilk gündən atılmışdır. Füzuli istiqamətində kəndlərin azad olunmasında iştirak etmişdir. 30.09.2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndində şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Bir övladı yadigar qaldı.
http://xocavend-ih.gov.az/az/news/sehidlerin-xatiresi-yad-edilib.html
http://xocavend-ih.gov.az/az/news/11sehid-goyusov-mezahir-niyaz-oglunun-xatiresi-yad-edilib.html
http://xocavend-ih.gov.az/az/news/1sehid-aileleri-novruz-bayrami-munasibetile-tebrik-edilib.html
Şəhidlərin xatirəsi yad edilib.
Şəhid Göyüşov Məzahir Niyaz oğlunun xatirəsi yad edilib.






