VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ
ŞƏHİD HÜSEYNOV SAHİL HABİL OĞLU

Soyad: Hüseynov
Ad: Sahil
Ata adı: Habil
Doğum tarixi: 12.07.2001
Şəhid olub: 09.11.2020
Rütbə: əsgər
Təltifləri:
![]()
![]()
Hüseynov Sahil Habil oğlu- Xocavənd rayonunun Muğanlı kənd sakini olan Sahil 12 iyun 2001-ci ildə dünyaya göz açmışdır. Ağcabədi rayonunun Xocavənd kəndində yerləşən 1 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2019-cu ildə orta məktəbi bitirən Sahil elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmışdır. 27 senytabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun əsgəri kimi döyüşlərə atılmış, düşmənin dayaq nöqtələrinin məhv edilməsində fəal iştirak etmişdir.Sahil Hüseynov 09 noyabr 2020-ci il tarixdə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən ağır döyüşlərdə şəhid olmuşdur. 11 noyabr 2020-ci il tarixdə məskunlaşdığı ərazidə- Ağcabədi rayonu Xocavənd kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Şəhid Sahil Hüseynovun ailəsi ziyarət edilib
https://www.wikiwand.com/az/Sahil_H%C3%BCseynov
https://memorial.az/az/qehremanlarimiz/2309
https://axtar.len.az/?q=Sahil_H%C3%BCseynov
https://aranqazeti.az/2021/02/04/xocav%C9%99nd-k%C9%99ndinin-igid-oglu/






