VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ
ŞƏHİD MİRZƏYEV ELMİN ƏVƏZ OĞLU
Soyad: Mirzəyev
Ad: Elmin
Ata adı: Əvəz
Doğum tarixi: 20.02.1995
Şəhid olub: 02.10.2020
Rütbə: çavuş
Təltiflər
Şəhid Mirzəyev Elmin Əvəz oğlu – 20 fevral 1995-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuş, orta təhsilini Salakətin kənd tam orta məktəbində başa vurmuşdur. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildən 181 saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Elmin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində aktiv iştirak etmiş,son döyüşü 2 oktyabr 2020-ci il tarixdə olmuşdur. O, Füzuli istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına Şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" “Cəbrayılın azad olunmasına görə” “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ailəli idi iki övladı yadigar qalmışdır.
http://xocavend-ih.gov.az/az/news/12sehid-elmin-mirzeyevin-xatiresi-yad-edilmisdir.html
http://xocavend-ih.gov.az/az/news/1sehid-ailelerine-ziyaret-davam-edir.html
http://xocavend-ih.gov.az/az/news/sehid-elmin-mirzeyevin-xatiresi-yad-edilib.html
Şəhid Elmin Mirzəyevin xatirəsi yad edilib
https://az.wikipedia.org/wiki/Elmin_Mirz%C9%99yev
https://memorial.az/az/qehremanlarimiz/2686
https://www.youtube.com/watch?v=jNC83H-sBGw
https://yeniazerbaycan.com/xeberlenti_e66221_az.html
https://www.wiki.az-az.nina.az/Elmin_Mirz%C9%99yev.html