Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD NAMAZOV XƏYAL XUDAVERDİ OĞLU

Soyad: Namazov

Ad: Xəyal

Ata adı: Xudaverdi

Doğum tarixi: 23.05.1986
Şəhid olub: 03.10.2020

Rütbə: əsgər

Təltifləri:

     Namazov Xəyal Xudaverdi oğlu- 23.05.1986-cı ildə Füzuli rayonunda doğulmuşdur. Təhsil həyatına İsmayıllı rayon Aşıqbayramlı kənd orta məktəbində başlamışdır. Səkkizinci sinfə kimi  Tuğ  tam orta məktəbində təhsil almış,  on birinci sinfi Xocavənd rayon 4-saylı tam orta məktəbində bitirmişdir. 2005-ci ildə  Beynəlxalq univerisitetin “Neft-qaz fakültəsinə qəbul olmuşdur. 2006-cı ilin iyulunda ali təhsilini dayandıraraq Dövlət Sərhəd Ximdətində hərbi xidmətə başlamışdır. Hərbi xidmətini Xudat sərhəd dəstəsinin sərhəd məntəqəsində 2008-ci ilin yanvar ayında tamamlamışdır. 2011-ci ildə ali təhsilini başa vurmuşdur. Bir müddət fərdi əməklə məşğul olmuşdur. 2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, AQS21 silahı üzrə manqa komandiri vəzifəsini icra etmişdir. 2016-ci il Aprel döyüşlərinin iştirakçısıdır. Bu döyüşlərdə aktiv iştirak etdiyi üçün bir çox fəxri fərmanlarla mükafatlandırılmış, rütbəsi artırılmışdır.

   Namazov Xəyal 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə atılmış, Qaraxanbəyli, Seyidəhmədli kəndlərinin azad olunmasında qəhramanlıq göstərmişdir. 03.10.2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.

VİKİPEDİA

Şəhid Xəyal Namazovun xatirəsi yad edilib

ŞƏHİD Xəyal Namazovun xatirəsi yad edilib.

Keçidlər