Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD NÜSRƏTLİ CEYHUN AQİL OĞLU

 

Soyad:Nüsrətli
Ad:Ceyhun
Ata adı: Aqil
Doğum tarixi: 08.04.1995
Şəhid olub: 29.09.2020
Rütbə:əsgər
Təltifləri:

 

    Nüsrətli Ceyhun Aqil oğlu- 8 aprel 1995-ci ildə Bakıda dünyaya göz açmış, ilk təhsil həyatına 2001-ci ildə  qədəm qoymuşdur. Olduqca aktiv şagird olan Ceyhun dərslərini yaxşı oxumaqla bərabər idmanla da maraqlanırdı. O, uzun müddət güləş və cüdo idman növləri ilə məşğul olmuşdur. Fiziki gücü özündə ehtiva edən idman növlərindən əlavə Ceyhun gözəl şahmat oynamağı bacarırdı.
    Ceyhun 2012-ci ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya müəllimliyi fakültəsinə qəbul olunur. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirir və  həmin ilin oktyabr ayında hərbi xidmətə yollanır. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycanın üfüqlərində yeni bir günəş göründü. İllərdir həsrətində olduğumuz torpaqları azad etmək fürsəti və həmin gün Ceyhunun xidmət müddətinin bitməsinə cəmi 4 gün qalmışdı. Vətən müharibəsində düşmənə qarşı qəhrəmancasına döyüşən Ceyhun  29. 09. 2020 ci il tarixdə şiddətli döyüşlərin birində  düşmənin minaatan atəşi nəticəsində şəhidlik zirvəsinə ucalır.
   O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəmcamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

wikipedia

http://xocavend-ih.gov.az/az/news/1sehid-aileleri-novruz-bayrami-munasibetile-tebrik-edilib.html

http://xocavend-ih.gov.az/az/news/sehidlerin-xatiresi-yad-edilib.html

http://xocavend-ih.gov.az/az/news/veten-layihesi-cercivesinde-xocavendli-sehid-aileleri-ile-gorusler-davam-edir.html

http://xocavend-ih.gov.az/az/news/14sehid-nusretli-ceyhunun-xatiresi-yad-edilib.html

http://xocavend-ih.gov.az/az/news/14sehid-nusretli-ceyhunun-xatiresi-yad-edilmisdir.html

Şəhidlərin xatirəsi yad edilib.

Şəhidimizin xatirəsi yad edilib.

Keçidlər