VƏTƏN MÜHARİBƏSİ
Xocavəndin işğaldan azad olunmuş yaşayış məntəqələri
Döyüş meydanında işğaldan azad edilən Xocavənd rayonun inzibati əraziləri
1. Hadrut qəsəbəsi 09.10.2020
2. Sur kəndi 09.10.2020
3. Qoçbəyli kəndi 09.10.2020
4. Bulutan kəndi 14.10.2020
5. Məlikcanlı kəndi 14.10.2020
6. Qırmızıqaya kəndi 14.10.2020
7. Dağdöşü kəndi 14.10.2020
8. Tağaser kəndi 14.10.2020
9. Edişə kəndi 15.10.2020
10. Düdükçü kəndi 15.10.2020
11. Edilli kəndi 15.10.2020
12. Çiraquz kəndi 15.10.2020
13. Xırmancıq kəndi 16.10.2020
14. Ağbulaq kəndi 16.10.2020
15. Axullu kəndi 16.10.2020
16. Ağcakənd kəndi 20.10.2020
17. Mülkidərə kəndi 20.10.2020
18. Daşbaşı kəndi 20.10.2020
19. Günəşli kəndi 20.10.2020
20. Çinarlı kəndi 20.10.2020
21. Dolanlar kəndi 23.10.2020
22. Bünyadlı kəndi 23.10.2020
23. Ataqut kəndi 07.11.2020
24. Hünərli kəndi 07.11.2020
25. Susanlıq kəndi 09.11.2020
26. Binə kəndi 09.11.2020
27. Tuğ kəndi 09.11.2020
28. Ağdam kəndi 09.11.2020
29. Azıx kəndi 09.11.2020
30. Köhnə Tağlar kəndi 09.11.2020
31. Salakətin kəndi 09.11.2020
32. Zoğalbulaq kəndi 09.11.2020
33. Arakül kəndi 09.11.2020
34. Tağaverd kəndi 09.11.2020
35. Arpagədik kəndi 09.11.2020
36. Zərdanaşen kəndi 09.11.2020
37. Şıxer (Şəhər) kəndi 09.11.2020
38.Quşçular 09.11.2020
39. Böyük Tağlar 09.11.2020
40. Məmməddərə 09.11.2020
41.Cilən 09.11.2020
42.Binədərəsi 09.11.2020
43.Məlikcanlı 09.11.2020
44.Dərəkənd 09.11.2020
45.Şahyeri 09.11.2020
46.Çaylaqqala 09.11.2020
2020-ci il noyabrın 10-da “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı” qəbul edildi və Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən azad edildi.
2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev paradda çıxış edərək demişdir: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir.”
Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıtması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin demişdir: “Biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”