Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD ABDULLAYEV TURAL BƏYLƏR OĞLU

Soyad: Abdullayev
Ad: Tural
Ata adı: Bəylər
Doğum tarixi: 02.02.1993
Şəhid olub: 24.10.2020
Rütbə: kiçik gizir
Təltiflər:     

    Şəhid Abdullayev Tural Bəyləroğlu –1993-cü il fevral ayının ikisində Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur.Xocavənd Rayon Salakətin kənd tam orta məktəbində orta təhsilini başa vuran Tural 2012-2014-cü illərdə Sərhəd Qoşunlarında hərbi xidmətdə olmuşdur. 22 aprel 2014-cü il tarixdən N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. Xidmət müddətində intizamı və nümunəvi davranışı ilə seçilmişdir. Azərbaycan Ordusunun kiçik giziri Tural Abdullayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində  Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə aktiv iştirak etmişdir. Oktyabrın 24-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi iki övladı yadigar qalmışdır.

   Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Abdullayev Tural Bəylər oğluölümündən sonra “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” və “Vətən Uğrunda” medalları  ilə təltif olunmuşdur.

 

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayonu Tuğ kənd sakini Abdullayev Tural Bəylər oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir.

Cənnətdəki doğum günün mübarək Şəhidim

 

Keçidlər