Erməni təcavüzü
Erməni terrorizmi
Erməni terrorçularının törətdiyi cinayətlərin bir hissəsinin
qısa xronikası
“Daşnaksütyun” partiyasının keçirdiyi terror aksiyası “Nemezis” əməliyyatı adlanır. 1919-cu ilin oktyabrında "Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayda “Nemezis” intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütyun” partiyasının “Nemezis” terror hərəkatının hədəfinə çevrilmişdilər.19 iyun 1920-ci il - Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri Fətəli xan Xoyski Tiflis şəhərində erməni terrorçusu Aram Yerkanyan tərəfindən qətlə yetirilmişdir.iyul, 1920-ci il - Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilmişdir.1920-ci il - Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilmişdir.15 mart 1921-ci il - Osmanlı imperiyasının Daxili işlər naziri Tələt paşa Berlində qətlə yetirilmişdir.19 iyul 1921-ci il - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri Behbud xan Cavanşir Türkiyənin İstanbul şəhərində “Daşnaksütyun” partiyasının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilmişdir.25 iyul 1922-ci il - Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusunun baş komandanı Camal paşa və onun müavini erməni terrorçuları Tiflis şəhərində Petros Ter-Poqosyan və Artaşes Gevorkyan tərəfindən qətlə yetirilmişdir.4 avqust 1922-ci il - Osmanlı imperiyasının Hərbi naziri Ənvər paşa Əfqanıstan yaxınlığında ermənilər tərəfindən qətlə yetirilmişdir.
***
XX əsrin 70-80-ci illərində dunyann muxtəlif ölkələrində, əsasən Türkiyə diplomatlarına qarsı erməni terror təskilatları tərəfindən 200-dək terror aktı törədilmişdir:5 sentyabr 1972-ci il - Münhen, Almaniya. ASALA-nın banisi Akop Akopyanın təşkil etdiyi “Qara sentyabr” terror qruplaşması Münhendə keçirilən Olimpiya oyunlarında İsrail idmançılarını qətlə yetirmişdir. Akop Akopyan idmançıların öldürülməsinin fəal iştirakçısı olmuşdur.7 yanvar 1973-cü il - Kaliforniya, ABŞ. Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və bu şəhərdəki konsulu Bahadır Dəmir erməni terrorçu Qurgen Yanikyan tərəfindən qətlə yetirilmişlər.8 yanvar 1977-ci il - Rusiya, Moskva. Metronun “İzmaylovskaya” və “Pervomayskaya” stansiyaları arasında qatar partladılmışdır.8 yanvar 1977-ci il - Rusiya, Moskva. “25 Oktyabr” küçəsindəki mağazada partlayış törədilmişdir. Hər iki terror aktı nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər xəsarət almışdır. İstintaq sübut etmişdir ki, terror aktlarını Stepan Zatikyan, Akop Atepanyan və Zaven Baqdasaryan törətmişlər. S.Zatikyan Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin Ermənistana birləşdirilməsi tələbini irəli sürən Ermənistan Milli Birlik Partiyasının üzvü olmuşdur.7 avqust 1982-ci il - Türkiyə, Ankara. Esenboğa hava limanı. ASALA-nın terror basqını nəticəsində 9 nəfər həlak olmuş, 82 nəfər yaralanmışdır.16 iyun 1983-cü il - Türkiyə, İstanbul. ASALA terror təşkilatının “Qapalı çarşı” adlanan bazarda törətdiyi partlayış nəticəsində 3 nəfər həlak olmuş, 21 nəfər yaralanmışdır.15 iyul 1983-cü il - Fransa, Paris. Orli hava limanında “Türk Hava Yolları”nın kassası qarşısındakı partlayış nəticəsində 8 nəfər həlak olmuş, 60 nəfər yaralanmışdır.20 iyun 1984-cü il - Vyana, Avstriya. Türkiyənin Avstriyadakı səfirliyinin sosial məsələlər üzrə müşaviri Ərdoğan Özənə məxsus avtomobil partladılmışdır. Hadisə nəticəsində Özən həlak olur və digər beş nəfər, eyni zamanda Avstriyanın iki polis əməkdaşı ağır yaralanır. Cinayətə görə EİO erməni terror qrupu məsuliyyəti öz üzərinə götürmüşdür.25 iyun 1984-cü il – Paris, Fransa. Parisdə informasiya agentliyinə ASALA erməni terror təşkilatı tərəfindən imzalanmış məktubda Türkiyənin Los-Ancelesdə Olimpiya oyunlarında iştirakına hər hansı yolla kömək göstərən hökumət təşkilatlarına və şirkətlərinə qarşı terror aktı törətmək barədə hədə-qorxu ifadələri öz əksini tapmışdı.13 avqust 1984-cü il - Lion, Fransa. Dəmir yolu vağzalında partlayış baş vermiş və ASALA məsuliyyəti öz üzərinə götürmüşdür.3 sentyabr 1984-cü il - İstanbul, Türkiyə. Topqapı sarayının önündə saxlanılmış maşına bomba qoyarkən partlayıcı vaxtından əvvəl işə düşmüş və iki erməni terrorçusu ölmüşdür. EİO məsuliyyyəti öz üzərinə götürmüşdür.19 noyabr 1984-cü il - Vyana, Avstriya. BMT-nin sosial və humanitar məsələlər mərkəzinin Vyanadakı şöbəsində işləyən və milliyyətçə türk olan Ənvər Ərgün avtomobili qırmızı işıqda saxlayarkən qətlə yetirilmişdir. Avtomobildən EİO erməni terror təşkilatına aid maddi sübutlar götürülmüşdür.29 dekabr 1984-cü il - Beyrut, Livan. Şərqi Beyrutda iki fransız müəssisəsinin ofisləri partladılmış və ASALA məsuliyyəti üzərinə götürmüşdür.3 mart 1985-ci il - Paris, Fransa. ASALA erməni terror təşkilatından telefonla dövlət qurumlarına zəng edilərək bütün dünyada Fransanın maraqlarına zərbə vurulacağı bildirilmişdir. Onlar “Orli” hava limanında törədilmiş aktda günahkar bilinərək həbs edilmiş üç erməni terrorçunun azadlığa buraxılmasını tələb etmişlər.12 mart 1985-ci il - Ottava, Kanada. Üç erməni terrorçu Türkiyənin Kanadadakı səfirliyini atəşə tutmuşdur. Atışma zamanı “Pinkerton” federal təhlükəsizlik xidmətinin əməkdaşları öldürülmüşdür. Bununla yanaşı, terrorçular əsas qapını partladaraq səfirliyin binasına soxulmuş və girov götürmüşlər. Səfir Cosqun Kirsə özünü ikinci mərtəbənin pəncərəsindən ata bilmişdir. EİO-ya mənsub olan terrorçular polis tərəfindən yaxalanmış və məhkəməyə verilmişlər.12 dekabr 1985-ci il - Paris, Fransa. Ən iri supermarketlərdə iki bomba partladılmışdır. Nəticədə 41 adam xəsarət almış və bu hadisəyə görə ASALA məsuliyyəti üzərinə götürmüşdür.20 mart 1986-cı il - Paris, Fransa. Ticarət mərkəzinin binasına qoyulmuş partlayıcı qurğu işə düşmüş, nəticədə 2 nəfər həlak olmuş, 30-a yaxın adam yaralanmışdır. Bu aktı “Orli” hadisəsində təqsirli bilinərək həbs edilmiş V.Qarabedyanın (Karapetyan da deyilir) azad olunmasını yenidən tələb edən KSAMEPP terror təşkilatı öz üzərinə götürmüşdür. KSAMEPP terror təşkilatının tərkibi ermənilərdən, ərəb əsilli vətəndaşlardan və ASALA üzvləri tərəfindən təşkil edilmişdir.9 sentyabr 1986-cı il - Paris, Fransa. “Paris City Nall”ın binasında partlayış nəticəsində teleqraf xidmətinin işçisi həlak olmuş, 18 nəfər yaralanmışdır. KSAMEPP terror təşkilatı bu cinayətə görə məsuliyyəti öz üzərinə götürmüşdür.10-15 sentyabr 1986-cı il - Paris, Fransa. Silsilə bomba partlayışları 2 nəfərin həlak olması və 100-dən artıq parislinin yaralanması ilə nəticələnmişdir. ASALA ilə birgə fəaliyyət göstərən KSAMEPP terror təşkilatı bu cinayətlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür.16 sentyabr 1986-cı il - Paris, Fransa. Fransa paytaxtının Montrarnass məhəlləsində KSAMEPP terrorçuları tərəfindən qoyulmuş bombanın partlaması nəticəsində 5 fransız həlak olmuş və 52 nəfər yaralanmışdır. Bir neçə nəfər aldığı yaralardan xəstəxanada ölmüşdür. Yenə də cinayətkarlar V. Qarabedyanın azadlığa buraxılmasını tələb edirdilər.15 oktyabr 1986-cı il - Beyrut, Livan. ASALA-nın nümayəndəsi Miqran Miqranyan başda olmaqla bu təşkilatın üç terrorçusu Livanın paytaxtında fransız jurnalistləri ilə görüşmüş və qətllərə, terror aktlarına görə həbs olunmuş həmkarları V.Qarabedyanın azad olunmayacağı təqdirdə Fransaya qarşı cinayətləri davam etdirəcəkləri barədə hədə-qorxu gəlirlər. M.Miqranyan ultimatum verərək demişdir: “... ASALA artıq bütün dünyada fransızları hərbi düşmənlər elan etmişdir. Siyasi məhbusları azad etmək barədə verdikləri vədə əməl etməsələr, biz Şiraka xəbərdarlıq edir, Miterana isə ölüm vəd edirik”.23 noyabr 1986-cı il - Melburn, Avstraliya. Türkiyə konsulluğunun yanında maşın partladılmışdır. Nəticədə, bir nəfər həlak olmuş, beşmərtəbəli binaya böyük ziyan dəymişdir. İstintaq nəticəsində iki erməni terrorçu - Xaqop Levonyan və Levon Dəmiryanın şəxsiyyəti müəyyənləşdirilmişdir. Partlayışa görə məsuliyyəti “Yunan-Bolqar-Erməni Cəbhəsi” (YBEC) öz üzərinə götürmüşdür. Erməni terror təşkilatı ilk dəfə idi ki, bu cür adla təqdim olunurdu.19 noyabr 1987-ci il - Brisben, Avstraliya. Poçt çeşidləmə şöbəsində bomba partlayışı nəticəsində Avstraliyanın altı vətəndaşı zərər çəkmişdir. Bu cinayətə görə məsuliyyəti “Yunan-Bolqar-Erməni Cəbhəsi” yenə öz üzərinə götürmüşdür.3 fevral 1993-cü il - Riqa, Latviya. Erməni terrorçuları "Latviyas Layks" qəzetinin redaktoru, tanınmış jurnalist Tatyana Çaladzeyə sui-qəsd etmişlər. T.Çaladze 90-cı illərin əvvəllərində Rusiyada Latviya Xalq Cəbhəsi qəzetinin və “Azad Avropa” radiosunun xüsusi müxbiri işləmiş və erməni terror təşkilatlarının cinayətlərini ilk olaraq işıqlandıran jurnalistlərdən biri olmuşdur.28 fevral 1993-cü il - Qudermes, Rusiya. Erməni terrorçuları Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partlatmış, nəticədə 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.11 dekabr 1993-cü il - Bağdad, İraq. Terrorçu erməni silahlıları Türkiyə səfirliyinin attaşesi Çağdar Yücelini qətlə yetirirlər.4 iyun 1994-cü il - Afina, Yunanıstan. Erməni terrorçuları tərəfindən Türkiyə səfirliyinin diplomatı Xaliq Sipahoğlu qətlə yetirildi.11 may 2001-ci il - İsrail, Təl-Əvivdən onlarca kilometr şimalda İsrail hava hücumundan müdafiə qüvvələri Livanın “Sessna” təyyarəsini vurub salmışdır. Təyyarəni milliyyətcə erməni olan Stefan Ohanes Nikolyan adlı bir nəfər idarə edirdi. Terrorçu kamikadze Nikolyan İsrailin yaşayış məntəqələrindən birini məhv etməyə cəhd göstərsə də, məqsədi baş tutmamışdır.Dekabr 2001-ci il - Los-Anceles, ABŞ. Erməni cinayətkar mafiyanın üzvləri Aşot Manukyan, Poqos Ketçejiyan, Ovanes İqarayan, Xovsep Keşişyan uzun müddətə azadlıqdan məhrum edilmişdir. Bir müddətdən sonra həmin cinayətkar dəstənin başqa bir üzvü Suzanna Onosyan da yaxalanmış və 45 il azadlıqdan məhrum edilmişdir.
Mənbə: Elçin Əhmədov. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011). Ensiklopedik nəşr. Bakı, 2012, 912 s.